Səbuhi Məmmədli dəfn olundu 

14:52 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış yazar, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dəfn olunub.

 

Hafta.az-ın xəbərinə görə, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri və iş yoldaşları iştirak edib.

 

Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli, gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

 

Allah rəhmət eləsin!